Çinin "Xiaomi" şirkəti "iPhone X"in oxşarını təqdim edib

Çinin "Xiaomi" şirkəti "iPhone X"in oxşarını təqdim edib Bakı. 1 iyun. REPORT.AZ/ Çinin Xiaomi şirkəti Mi 8 smartfon modelini təqdim edib.
Digər ölkələr
1 İyun , 2018 06:57
Çinin Xiaomi şirkəti iPhone Xin oxşarını təqdim edib

Bakı. 1 iyun. REPORT.AZ/ Çinin "Xiaomi" şirkəti "Mi 8" smartfon modelini təqdim edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, yeni telefonlar "Apple"in son smartfon modeli "iPhone"-a bənzəyir.

Smartfon 6,21-lik "AMOLED" displeylə, 20 meqapiksellik kamerayla, həmçinin sahibinin əl izini tanımaq sistemi ilə təchiz edilib.

"Xiaomi" həmçinin "Mi Band" "ağıllı" qolbağını da nümayiş etdirib. Yeni su keçirməyən "Mi Band" qolbağı da daxil olan məlumatı, vaxtı, sahibinin nəbzini və havanın hərarətini göstərmək funksiyalarına malikdir. 

Son xəbərlər

Orphus sistemi