Yuxarı

Çinin Uhan şəhərini 5 milyondan çox insan tərk edib

​Çinin Uhan şəhərini 5 milyondan çox insan tərk edib

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) və Yeni il bayramına görə Uhan şəhərini 5 milyondan çox insan tərk edib.

“Report” xəbər verir ki, bu barədə şəhərin meri Cjou Syanvan məlumat verib.

Onun sözlərinə görə, hazırda şəhərdə 9 milyon sakin qalıb. O, həmçinin əlavə edib ki, virusa yoluxanların sayı daha min nəfər arta bilər:

“Hazırda 2209 nəfər virusa yoluxma şübhəsi ilə xəstəxanalara yerləşdirilib. Onların analizlərinin cavabını gözləyirik. Bunun üçün müəyyən vaxt lazımdır. Eyni zamanda 637 pasiyentdə yüksək qızdırma müşahidə olunur.

Təxminlərimizə görə, hazırda yoxlanılan 2.7 min insanın 45 faizinə virusa yoluxma diaqnozu qoyulacaq. Odur ki, müalicəyə daha minə yaxın insan cəlb edilə bilər”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi