Yuxarı

​Çinin Tyantszin şəhərində partlayış qurbanlarının sayı 112 nəfərə çatıb

​Çinin Tyantszin şəhərində partlayış qurbanlarının sayı 112 nəfərə çatıb
Hazırda 95 nəfər itkin düşmüş hesab edilir

Bakı. 16 Avqust. REPORT.AZ/ Çinin Tyantszin liman şəhərinin sənaye zonasında baş verən partlayış nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 700-dən çox insan xəsarət alıb.

Hazırda 95 nəfər itkin düşmüş hesab olunur ki, onların da 85 nəfəri yanğınsöndürəndir.

Ölənlərin sayının əhəmiyyətli dərəcədə artma təhlükəsi var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi