Çinin şərq sahillərində qasırğa baş verib

Çinin şərq sahillərində qasırğa baş verib Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 48 mentə çatır
Digər ölkələr
15 Sentyabr , 2016 05:06
Çinin şərq sahillərində qasırğa baş verib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Cümə axşamı Şərqi Çin əyaləti Futszyan sahillərində "Meranti" qasırğası baş qaldırıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, təbii fəlakət, əsasən Syamen şəhərinə ziyan vurub.

Qasırğanın episentrində küləyin sürəti saniyədə 48 metrə çatır. Meteoroloqlar təbii fəlakətin Çjetszyan və Quandun əyalətlərində də baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi