Çinin paytaxtı və daha 21 şəhərdə ekoloji həyəcanın qırmızı səviyyəsi elan edilib

Çinin paytaxtı və daha 21 şəhərdə ekoloji həyəcanın qırmızı səviyyəsi elan edilib Bütün təhsil müəssisələri müvəqqəti bağlanacaq, sürücələrin avtomobil idarə etməsinə qadağa qoyulacaq
Digər ölkələr
17 Dekabr , 2016 14:10
Çinin paytaxtı və daha 21 şəhərdə ekoloji həyəcanın qırmızı səviyyəsi elan edilib

Bakı. 17 dekabr. REPORT.AZ/ Çinin paytaxtı Pekin və daha 21 şəhərdə ekoloji həyəcanın qırmızı səviyyəsi elan edilib.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, xəbərdarlıqla əlaqədar bütün təhsil müəssisələri müvəqqəti bağlanacaq, sürücələrin avtomobil idarə etməsinə qadağa qoyulacaq, yerli sakinlərə evlərindən bayıra çıxmamaq tövsiyə olunacaq. 

"Sinxua" agentliyi "Twitter" səhifəsində Pekin üzərindəki səmanın dekabrın 16-da çəkilən bir neçə fotosunu dərc edib. Həmin fotolarda şəhərdə ekoloji vəziyyətin intensiv şəkildə pisləşməsi əks olunub. 

Son xəbərlər

Orphus sistemi