Yuxarı

Çinin mərkəzində daşqınlar nəticəsində 11 nəfər ölüb

​Çinin mərkəzində daşqınlar nəticəsində 11 nəfər ölüb

Çinin mərkəzi Hunan vilayətində daşqınlar nəticəsində azı 11 nəfər ölüb, 6 nəfər isə itkin düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sina" informasiya portalı məlumat verib.

Yerli KİV-in yazdığına görə, daşqınlar vilayətin 10 şəhəri və 76 mahalına təsir edib.

Zərər vurulan əkinə yararlı torpaqların sahəsi 187,4 min hektara çatıb. Birbaşa iqtisadi zərərin məbləği 5,31 milyard yuan (təxminən, 780 milyon dollar) səviyyəsində qiymətləndirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi