Çinin cənub-qərbində zəlzələ olub

Çinin cənub-qərbində zəlzələ olub Dağıntı və ya tələfat barəsində məlumat verilmir
Digər ölkələr
4 Yanvar , 2017 19:10
Çinin cənub-qərbində zəlzələ olub

Bakı. 4 yanvar. REPORT.AZ/ Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 22:12-də, Şiqadze şəhər dairəsinin Çjunba kəndində qeydə alınıb. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi