Çində zooparkdan 100-ə yaxın timsah qaçıb

Çində zooparkdan 100-ə yaxın timsah qaçıb Hadisə terrariumda aparılan təmir işləri zamanı baş verib
Digər ölkələr
30 Sentyabr , 2017 19:52
Çində zooparkdan 100-ə yaxın timsah qaçıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Çinin Sıçuan əyalətində heyvanxanadan 78 timsah balası qaçıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Bildirilir ki, hadisə terrariumda aparılan təmir işləri zamanı baş verib. Zoopark artıq 73 sürünəni geri qaytara bilib.

Müəssisə əməkdaşlarının sözlərinə görə, qaçan timsahlar böyüməyincə insanlar üçün təhlükə kəsb etmirlər.

İtən sürünənlər nəsli tükənməkdə olan siam timsah növünə aiddirlər. Çində onlar delikates hesab olunur.

Son xəbərlər

Orphus sistemi