Yuxarı

Çində zibil toplama məntəqəsində yanğın zamanı 9 nəfər ölüb

Çində zibil toplama məntəqəsində yanğın zamanı 9 nəfər ölüb
Bir nəfər yaralanıb

Bakı. 17 fevral. REPORT.AZ/ Çinin cənubundakı Quandun əyalətində yerləşən zibil toplama və istismar məntəqəsində güclü yanğın baş verib. İlkin məlumatlara görə, 9 nəfər ölüb.

“Report” xəbər verir ki, hadisə fevralın 17-də Sinyuan şəhərində qeydə alınıb.

Yanğın zamanı daha bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükə yoxdur.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları yanğının səbəblərini araşdırırlar. Polis artıq ilk şübhəlilərin tutulduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi