Çində zəlzələ olub, xəsarət alanlar var

Çində zəlzələ olub, xəsarət alanlar var Çinin şimal-qərbindəki Sinszyan-Uyğur muxtar vilayətində baş verən 6,4 maqnitudalı zəlzələ nəticəsində azı 3 nəfər xəsarət alıb.
Digər ölkələr
19 Yanvar , 2020 23:00
Çində zəlzələ olub, xəsarət alanlar var

Çinin şimal-qərbindəki Sinszyan-Uyğur muxtar vilayətində baş verən 6,4 maqnitudalı zəlzələ nəticəsində azı 3 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, bu barədə yerli hakimiyyətə istinadən “Sinxua” agentliyi xəbər verib.

Çinin Seysmoloji Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 21:27-də Kaşqar dairəsində zəlzələ baş verib. Zəlzələnin episentri 16 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra seysmoloqlar səkkiz yeraltı təkan qeydə alıblar. Zəlzələ zamanı əsasən episentrin olduğu ərazidə yaşayan insanlar zərər çəkiblər. Həkimlər zərərçəkənlərə, o cümlədən 2 uşağa tibbi yardım göstərib. Yaralılardan biri ağır vəziyyətdədir.

Son xəbərlər

Orphus sistemi