Çində zəlzələ olub, 5 nəfər xəsarət alıb, evlər dağılıb

Çində zəlzələ olub, 5 nəfər xəsarət alıb, evlər dağılıb Xəbərə görə, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib
Digər ölkələr
9 Fevral , 2017 12:29
Çində zəlzələ olub, 5 nəfər xəsarət alıb, evlər dağılıb

Bakı. 9 fevral. REPORT.AZ/ Çinin cənubunda Yunnan əyalətində 4,9 bal gücündə zəlzələ olub.

“Report” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 5 nəfər yaralanıb, bir neçə ev dağılıb.

İnformasiyaya əsasən, yeraltı təkan əyalətin Çjaotun dairəsinin Ludyan qəzasında baş verib.

Xəbərə görə, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. 

Son xəbərlər

Orphus sistemi