Bakı. 11 may. REPORT.AZ/ Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində 8 nəfər ölüb, daha 11 nəfər yaralanıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, 5,5 bal gücündə zəlzələ cümə axşamı Sintszyan-Uyğur muxtar dairəsində qeydə alınıb.
Zəlzələnin episentri Kaşqar perfekturasının dairənin uzaq Taksorqan rayonu ərazisinə düşüb. Yeraltı təkanların ocağı yerin 8 km. dərinliyində yerləşib.
Bir sıra binaların divarları zərər çəkib və ya dağılıb. Ölənlər barədə məlumatlar daxil olmaqdadır.