Bakı. 23 fevral. REPORT.AZ/ Çinin Sintizyan-Uyğur muxtar rayonunda baş verən zəlzələ nəticəsində təqribən 7 minə yaxın insan zərər çəkib.
"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, zəlzələnin ocağı yerin dörd metr dərinliyində olub.
"Zəlzələdən təqribən 1728 ailə, ümumilikdə isə 6756 nəfər ziyan çəkib. Birbaşa iqtisadi ziyan isə 92,23 milyon yuan təşkil edib (təqribən 14,65 mln. dollar)", - deyə agentliyin məlumatında bildirilir.
İnsan tələfatı barədə məlumat yoxdur.
Hazırda təbii fəlakət zonasına düşən 132 kənddə üç mütəxəssis briqadası işləyir. Xilasedicilər nəqliyyat və elektrik enerjisinin normal fəaliyyətini təmin etməyə çalışırlar.