Çində yeni pnevmoniyaya yoluxanların sayı artıb, 3 nəfər ölüb

Çində yeni pnevmoniyaya yoluxanların sayı artıb, 3 nəfər ölüb Çinin Uhan şəhərində 2019-nCoV virusunun səbəb olduğu yeni pnevmoniyadan ölənlərin sayı 3 nəfərə çatıb.
Digər ölkələr
20 Yanvar , 2020 06:54
Çində yeni pnevmoniyaya yoluxanların sayı artıb, 3 nəfər ölüb

Çinin Uhan şəhərində 2019-nCoV virusunun səbəb olduğu yeni pnevmoniyadan ölənlərin sayı 3 nəfərə çatıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Səhiyyə üzrə bələdiyyə komitəsi bildirib ki, virusa yoluxanların ümumi sayı 198 nəfərə çatıb.

Həkimlərin sözlərinə görə, yanvarın 18-də xəstəliyə 59 yeni yoluxma hadisəsi və 1 ölüm qeydə alınıb. Yanvarın 19-da 77 yeni yoluxma hadisəsi müəyyən olunub.

Bildirilir ki, xəstələnən 66 kişi və 70 qadın arasında - ən kiçik xəstənin yaşı 25, böyüyün yaşı 89-dur. Xəstəliyin ilk əlamətləri temperaturun yüksəlməsi, öskürəkdir.

"Yanvarın 19-da Uhan şəhərində yeni növ pnevmoniyaya 198 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 25-i artıq xəstəxanadan evə buraxılıb, 3 nəfər ölüb, 170 nəfər tibb müəssisəsində müalicədədir. 35 nəfərin vəziyyəti ağır qiymətləndirilir, 8 xəstə kritik vəziyyətdədir, 126 pasiyentdə xəstəliyin yüngül forması müşahidə olunur", - komitənin bəyanatında deyilir.

Son xəbərlər

Orphus sistemi