Yuxarı

Çində yanğın nəticəsində 5 nəfər ölüb - VİDEO

Çində yanğın nəticəsində 5 nəfər ölüb - VİDEO

Bakı. 14 oktyabr. REPORT.AZ/ Oktyabrın 14-nə keçən gecə Çinin Quandun əyalətinin Şantou şəhər dairəsində yaşayış binasında baş vermiş yanğın nəticəsində 5 nəfər ölüb, daha 8-i yaralanıb.

“Report” xəbər verir ki, binanın birinci mərtəbəsində Çin daması oyunları üçün klub fəaliyyət göstərib. Müəssisənin qapıları bağlı olduğundan insanlar bayıra çıxa bilməyiblər.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. İlkin fərziyyəyə görə, yanğını hazırda saxlanılan 54 yaşlı kişi törədib.

Bundan əvvəl Nigeriyada neft kəmərində yanğın nəticəsində 19 nəfər ölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi