Yuxarı

Çində vertolyot qəzaya uğrayıb: xəsarət alanlar var

Çində vertolyot qəzaya uğrayıb: xəsarət alanlar var
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil

Bakı. 21 yanvar. REPORT.AZ/ Çinin şərqində vertolyot qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə "Dunfanvan" saytı xəbər verib.

Məlumata görə, hadisə Fuçzyan vilayətinin Çyuanqan şəhərinin Çzeşan kəndində qeydə alınıb.

Hadisə zamanı 3 nəfər xəsarət alıb. Şahidlər bildiriblər ki, onlar partlayış səsi eşidiblər. Daha sonra tüstü görüblər.

Qəzanın baş verdiyi ərazi polis tərəfindən əhatəyə alınıb. Əraziyə yanğınsöndürənlər və xilasedicilər gəlib.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi