Yuxarı

Çində 26 nəfər turist avtobusunda yanaraq ölüb - YENİLƏNİB

​Çində turistləri daşıyan avtobus yanıb

Cümə günü Mərkəzi Çinin Hunan əyalətinin Çande şəhərində hərəkətdə olan turist avtobusunun yanması nəticəsində azı 26 nəfər ölüb, 28-i xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü "Sinhua" məlumat yayıb.

Bildirilir ki, xəsarət alanlardan beşi kritik vəziyyətdədir.


***20:36

Çinin Hunan əyalətində içərisində 56 nəfərin olduğu turist avtobusu hərəkətdə olarkən yanıb.

“Report” xəbər verir ki, bu barədə Çande şəhər hökumətinin bəyanatına istinadən “Report” RİA "Novosti" məlumat yayıb.

Bildirilir ki, azı 30 nəfər xəstəxanaya yerləşdirilib. Avtobusun hansı səbəbdən yandığı məlum deyil.

Ölən və zərərçəkənlərin sayı barədə məlumat yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi