Çində turist avtobusu aşıb: 3 ölü, 6 yaralı

Çində turist avtobusu aşıb: 3 ölü, 6 yaralı Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır
Digər ölkələr
8 Aprel , 2017 18:45
Çində turist avtobusu aşıb: 3 ölü, 6 yaralı

Bakı. 8 aprel. REPORT.AZ/ Çində yerli turistləri daşıyan avtobus aşıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə ölkənin şərqində, Xebey vilayətində, Şaxe şəhərində baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Məlumata görə, qəza zamanı avtobusda 35 nəfər olub. Yaralılar xəstəxanaya çatdırılıb. Onların səhhətinin normal olduğu bildirilir.

Qəza zamanı həmçinin bir neçə sərnişin də yüngül xəsarət alıb. Avtobusun sürücüsü hadisənin başvermə səbəbləri araşdırılana qədər müvəqqəti olaraq saxlanılıb.

Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi