Çində tabutu və dəfn mərasimini ləğv etməyə başlayıblar

Çində tabutu və dəfn mərasimini ləğv etməyə başlayıblar Bakı. 31 iyul. REPORT.AZ/ Çinin cənub-şərqindəki Tszyansi vilayətində səlahiyyətli şəxslər torpaq resurslarını qorumaq üçün yalnız kremasiya siyasətini həyata keçirmək məqsədi ilə tədbirlər görməyə başlayıblar.
Digər ölkələr
31 İyul , 2018 11:01
Çində tabutu və dəfn mərasimini ləğv etməyə başlayıblar
Deposit Photos

Bakı. 31 iyul. REPORT.AZ/ Çinin cənub-şərqindəki Tszyansi vilayətində səlahiyyətli şəxslər torpaq resurslarını qorumaq üçün "yalnız kremasiya" siyasətini həyata keçirmək məqsədi ilə tədbirlər görməyə başlayıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu səbəbdən yerli əhalidən hazır tabutlar zorla müsadirə edilib və ölülərin ənənəvi dəfn mərasimlərinə qadağa qoyulub.

Vilayət rəhbərliyi kremasiyanı (meyiti yandırmaq - red.) insan qalıqlarını məhvinin yeganə icazə verilən üsulu etmək niyyətindədir. Artıq bu qaydanın təbiqinin sentyabrdan icbari olacağı bildirilir.

Şandun vilayətinin rəsmiləri də ənənəvi dəfn mərasimlərinin keçirilməsini qadağan ediblər. Yeni siyasətə əsasən, ölülər kremasiyaya məruz qalmalı, onların yaxınları isə müvafiq prosedurların həyata keçirilməsini təsdiq edən sənədi təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi