Çində sürüşmə nəticəsində 3 nəfər ölüb

Çində sürüşmə nəticəsində 3 nəfər ölüb Hadisə leysan yağışları nəticəsində baş verib
Digər ölkələr
24 Sentyabr , 2017 10:15
Çində sürüşmə nəticəsində 3 nəfər ölüb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Çinin cənub-şərqindəki Quyçjou əyalətində baş vermiş sürüşmə nəticəsində 3 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Xinhua" agentliyi məlumat yayıb.

İnsident ötən gün Libo qəzasında qeydə alınıb. Təbii fəlakət zamanı yolda 10 nəfər olub, onlardan biri xilas ola bilib, daha 3 nəfəri isə xilasedicilər ərazidən çıxarıb.

İlkin məlumata görə, sürüşməyə leysan yağışları səbəb olub.

Son xəbərlər

Orphus sistemi