Bakı. 30 iyun. REPORT.AZ/ Çində aramsız yağan leysan yağışlar azı 13 nəfərin ölümünə və daha 15 nəfərin itkin düşməsinə səbəb olan sel və torpaq sürüşmələrinə gətirib çıxarıb.
Bu barədə "Report" RİA "Novosti"-yə istinadən xəbər verir.
Çinin şimal-qərbindəki Şensi əyalətində dörd nəfər həlak olub, 9 nəfər isə itkin düşüb. Daha 4 nəfər Anxoy və Siçuan əyalətlərində dünyasını dəyişib.
Yerli hakimiyyət orqanları Siçuan əyalətinin 48 yaşayış məntəqəsindən 260 min nəfərdən çox sakini evakuasiya edib. Hökumət bölgədə fövqəladə vəziyyət elan edib və daşqınlar nəticəsində zərər çəkən sakinlərə yardım məqsədilə 15 milyon yuan (2,5 milyon dollar) ayırmağı planlaşdırır.