Yuxarı

Çində restoranda partlayış nəticəsində 4 nəfər ölüb

​Çində restoranda partlayış nəticəsində 4 nəfər ölüb

Çinin Lyaonin əyalətindəki restoranlardan birində qazın partlaması nəticəsində 4 nəfər ölüb, daha 16-sı yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Beijing Youth Daily" qəzeti yazıb.

Hadisə avqustun 16-sı axşam Beypyao şəhər qəzasında olub. İlkin məlumata görə, partlayış maye qaz sızması səbəbindən baş verib. Nəticədə 4 nəfər həyatını itirib, 16 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi