Yuxarı

Çində restoran uçub, ölən və yaralananlar var

Xilasedicilər dağıntılar altından 7 nəfəri çıxarıblar

Bakı. 3 mart. REPORT.AZ/ Çində restoranın uçması nəticəsində 2 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə şərqi Fuçzyan vilayətindəki "Minfa" ticarət mərkəzində, yerli vaxtla saat 22:00-da baş verib. Hadisə yerinə gəlmiş xilasedicilər dağıntılar altından 7 nəfəri çıxarıblar. Onlardan 2-nin öldüyü bildirilir.

Xəsarət almış digər şəxslər xəstəxanaya yerləşdiriliblər. Hadisənin başvermə səbəbləri barəsində məlumat verilmir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi