Çində qayığın aşması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Çində qayığın aşması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB Çinin Quyçjou əyalətində, Beypançzyan çayında qayığın aşması nəticəsində ölənlərin sayı artıb.
Digər ölkələr
24 May , 2019 07:12
Çində qayığın aşması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Çinin Quyçjou əyalətində, Beypançzyan çayında qayığın aşması nəticəsində ölənlərin sayı artıb.

Bu barədə "Report" Çinin Mərkəzi Televiziyasına istinadən xəbər verir.

Bildirilir ki, hadisə nəticəsində 10 nəfər həlak olub. Məlumata görə, hadisə zamanı qayıqda olmuş 11 nəfərin həyatını xilas etmək mümkün olub. Daha 8 nəfər itkin düşmüş sayılır.

Polis qayığın sahibini saxlayıb. Hazırda axtarış-xilasetmə əməliyyatı keçirilir. Daha əvvəl bildirilirdi ki, qayığın aşması nəticəsində azı 5 nəfər ölüb.



***04:30

Çində qayığın aşması nəticəsində azı 5 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilir ki, hadisə mayın 23-də, axşam saatlarında baş verib. Hadisə zamanı həmçinin daha 13 nəfər itkin düşüb.

Məlumata görə, qəza zamanı qayıqda ümumilikdə 29 nəfər olub. Onlardan 11-i xilas edilib, həmin şəxslərə tibbi yardım göstərilib. İtkin düşən digər sərnişinlərin axtarışına başlanılıb.

Hadisənin başvermə səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi