Çində partlayış olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

Çində partlayış olub, ölənlər və yaralananlar var - YENİLƏNİB Partlayışın səbəbləri araşdırılır
Digər ölkələr
26 Noyabr , 2017 07:45
Çində partlayış olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

Bakı. 26 noyabr. REPORT.AZ/ Çində baş vermiş partlayış zamanı 30-dan çox insan xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə ölkənin Mərkəzi Televiziyası xəbər verib.

Xəbərdə bildirilir ki, onların hamısı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə ölkənin şərqində, Çjeçzyan vilayətində, Ninbo şəhərində baş verib. Hadisə yerində yanğınsöndürənlər və fövqəladə xidmətlərin əməkdaşları işləyir.

Partlayışın səbəbləri araşdırılır. 


***07:20

Çində partlayış olub.

"Report"un məlumatına görə, bu barədə "CGTN" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə ölkənin şərqində, Çjeçzyan vilayətində, Ninbo şəhərində baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində ölənlər və yaralananlar var. Hadisə yerində yanğınsöndürənlər və fövqəladə xidmətlərin əməkdaşları işləyir.

Partlayışın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi