Bakı. 16 iyul. REPORT.AZ/ Çinin şərqində yerləşən Şandun əyalətindəki neft-kimya zavodunda yanğın baş verib.
"Report" xəbər verir ki, bu haqda "Xinxua" agentliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə yerinə yüzdən artıq yanğınsöndürən maşın cəlb edilib. Artıq yanğın söndürülüb.
Xəsarət alanlar barədə məlumat verilməyib.