Yuxarı

Çində naməlum şəxs polis bölməsi binasına hücum edib

Çində naməlum şəxs polis bölməsi binasına hücum edib
© FirstPost

Bakı. 6 avqust. REPORT.AZ/ Çinin cənub-qərbindəki Sıçuan əyalətində naməlum şəxs polis bölməsi binasına hücum edib.

Bu barədə "Report" REN TV-yə istinadən xəbər verir.

Yerli KİV bundan bir gün əvvəl cinayətkarın yerli sakinlərdən birinə bıçaqla hücum edərək xəsarət yetirdiyini və sonra gizlənməyə müvəffəq olduğunu yazıb. O, axtarışa verilib, amma kişi özü hüquq-mühafizə orqanlarına gəlməyə qərar verib.

Hücum edən şəxs polis bölməsinin binasına soxulduqdan sonra yolüstü qarşısına çıxanların hamısına bıçaqla zərbə endirib. Nəticədə iki polis əməkdaşı ölüb. Polis bölməsinin rəisi vaxtında tərpənərək xidməti silahı ilə cinayətkarı vurub.

Qeyd olunur ki, hücum zamanı daha 6 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi