Yuxarı

Çində mikroavtobus çaya düşüb: 8 nəfər ölüb, bir nəfər itkin düşüb

Çində mikroavtobus çaya düşüb: 8 nəfər ölüb, bir nəfər itkin düşüb

Bakı. 5 may. REPORT.AZ/ Çində mikroavtobusun çaya yuvarlanması nəticəsində 8 nəfər ölüb, bir nəfər itkin düşüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.

Hadisə Çinin cənubunda Quansi-Çjuan muxtar rayonunun Tsanu şəhərində baş verib. Mikroavtobusda 9 nəfər olub. Avtomobilin yoldan çıxaraq çaya yuvarlanması səbəbi hələ ki, məlum deyil. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi