Çində mətbuata nəzarət üzrə yeni dövlət qurumu yaradılır

Çində mətbuata nəzarət üzrə yeni dövlət qurumu yaradılır Çap, nəşriyyat, radioyayımı, kinomatoqrafiya və tevelvizya işləri üzrə mövcud Dövlət Baş İdarəsi ləğv ediləcək
Digər ölkələr
13 Mart , 2018 10:59
Çində mətbuata nəzarət üzrə yeni dövlət qurumu yaradılır

Bakı. 13 mart. REPORT.AZ/ Çində mətbuata nəzarət edəcək yeni hökumət qurumu – Radio və Televiziya İşləri üzrə Dövlət Baş İdarəsi yaradılacaq. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu, Çinin Dövlət Şurasının yaydığı qanun layihəsində əksini tapıb. 

Yeni idarə birbaşa Çinin ali icraedici orqanına tabe olacaq. Çap, nəşriyyat, radioyayımı, kinomatoqrafiya və tevelvizya işləri üzrə mövcud Dövlət Baş İdarəsi isə ləğv ediləcək.

Yaradılacaq idarənin Çin televiziyalarına xarici teleradioa proqramlarının təsiri prosesini asanlaşdıracaq, eləcə də Çinin media məhsullarının xarici bazarlara uğurlu çıxışına şərait yaradacaq. 

Son xəbərlər

Orphus sistemi