Bakı. 3 iyul. REPORT.AZ/ Çinin şimalında mədəndə partlayışın baş verməsi nəticəsində 6 nəfər itkin düşüb, 1 nəfər yaralanıb.
"Report" "Sinxua"ya istinadən xəbər verir ki, insident bazar gününə keçən gecə İçəri Monqolustan muxtar rayonunda yerləşən kiçik əhəng hasilatı mədənində qeydə alınıb.
Hazırda axtarış-xilasetmə işləri aparılır, hadisənin səbəbləri araşdırılır.