Çində “Lekima” tayfunu 13 nəfərin həyatına son qoyub

Çində “Lekima” tayfunu 13 nəfərin həyatına son qoyub Bu gün Çinin sahil zolağına çatan “Lekima” tayfununun Jeyanq əyalətinin Venjou şəhərindən 130 kilometr şimalda səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 13 nəfər ölüb, 16 nəfər də itkin düşüb.
Digər ölkələr
10 Avqust , 2019 15:17
Çində “Lekima” tayfunu 13 nəfərin həyatına son qoyub
AFP

Bu gün Çinin sahil zolağına çatan “Lekima” tayfununun Jeyanq əyalətinin Venjou şəhərindən 130 kilometr şimalda səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 13 nəfər ölüb, 16 nəfər də itkin düşüb.

“Report” CCTVyə istinadən xəbər verir ki, ərazidə cəmi üç saat ərzində 160 millimetr yağıntı düşməsi nəticəsində bənd dağılıb ki, nəticədə fəlakət baş verib. Jeyanq əyaləti sahillərində küləyin 187 kilometr/saatadək əsdiyi bildirilir. Hazırda 15 kilometr/saatla şimala doğru irəliləyən supertayfunun tədricən gücünü itirdiyi də qeyd olunur.

Təbii fəlakətlə əlaqədar ötən gün qırmızı təhlükə səviyyəsi elan edən Çin Hava Bürosu bu gün səhər də narıncı səviyyə elan edib. Əlverişsiz hava üzündən regionda minlərlə təyyarə reysi ləğv edilib. İndiyədək Şanghai şəhərindən 250 mindən artıq, Jeyanq əyalətində isə 800 minədək əhali təxliyyə olunub, adıçəkilən əyalətin 2,72 milyon ev təsərrüfatı isə elektriksiz qalıb, altı şəhərində 200-dək yaşayış ev dağılıb, 66,3 min ha əkin sahəsi yararsız hala gəlib.

Son xəbərlər

Orphus sistemi