Çində koronavirusdan ölənlərin sayı 40 nəfəri ötüb

Çində koronavirusdan ölənlərin sayı 40 nəfəri ötüb Çinin Xubey vilayətində koronavirusun indiyədək aşkar edilməmiş növündən (2019-nCoV) ölənlərin sayı 24 nəfərdən 39 nəfərə çatıb.
Digər ölkələr
25 Yanvar , 2020 03:19
Çində koronavirusdan ölənlərin sayı 40 nəfəri ötüb

Çinin Xubey vilayətində koronavirusun indiyədək aşkar edilməmiş növündən (2019-nCoV) ölənlərin sayı 24 nəfərdən 39 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Global Times” yerli hakimiyyət orqanlarına istinadən yazıb.

Xatırladaq ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 900 nəfərə çatıb, 26 nəfər dünyasını dəyişib. Onlardan 24-ü Xubey vilayətinin sakinidir. Daha iki nəfər digər vilayətin sakinidir.

Nəticədə ölənlərin sayı 41 nəfər çatıb. 

Qəzetin yazdığına görə, vilayətdə virusa ümumilikdə 729, ölkə üzrə isə 1287 nəfər yoluxub.

Son xəbərlər

Orphus sistemi