Çində kimya zavodunda baş verən partlayış zamanı 640 nəfər xəsarət alıb, onlarla ölən var - VİDEO - FOTO - YENİLƏNİB-2

Çində kimya zavodunda baş verən partlayış zamanı 640 nəfər xəsarət alıb, onlarla ölən var - VİDEO - FOTO - YENİLƏNİB-2 Çinin şərqindəki Yançen şəhər dairəsində Tyançzay kimya zavodunda baş verən partlayışdan sonra 16 yerli xəstəxanaya 640 nəfər zərərçəkmiş çatdırılıb.
Digər ölkələr
22 Mart , 2019 07:02
Çində kimya zavodunda baş verən partlayış zamanı 640 nəfər xəsarət alıb, onlarla ölən var - VİDEO - FOTO - YENİLƏNİB-2

Çinin şərqindəki Yançen şəhər dairəsində "Tyançzay" kimya zavodunda baş verən partlayışdan sonra 16 yerli xəstəxanaya 640 nəfər zərərçəkmiş çatdırılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə əyalət hökumətinin məlumatında bildirilir. 

Qeyd edilir ki, onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Partlayış zamanı 44 nəfər həlak olub.

Yaralılara zəruri tibbi yardım üçün əraziyə 90 tibb maşını, 3,5 min nəfər həkim cəlb edilib.  


***05:43

Çinin şərqindəki Yançen şəhər dairəsində "Tyançzay" kimya zavodunda baş verən partlayış zamanı həlak olanların sayı 44 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər meri Çao Lubao mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, hadisə zamanı onlarla insan xəsarət alıb. Yaralılardan 32-i kritik, 58-i ağır vəziyyətdədir. 


***05:32

Çinin şərqindəki Yançen şəhər dairəsində kimya zavodu ərazisində baş verən partlayış zamanı azı 12 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd edilir ki, hadisə zamanı daha 76 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Partlayış nəticəsində ümumilikdə 88 nəfər zərər çəkib. Onlardan 12-i ölüb.

Bundan əvvəl 6 nəfərin öldüyü, 30 nəfərin xəsarət aldığı bildirilib. 

Daha əvvəl Çinin şimalındakı Şansi əyalətinin Linfen şəhərində baş vermiş sürüşmə zamanı bir neçə yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi