​Çində kimyəvi müəssisələrdə yoxlama aparılacaq

​Çində kimyəvi müəssisələrdə yoxlama aparılacaq Tyantszin şəhərindəki anbarda baş verimiş iki güclü partlayış nəticəsində ölənlərin sayı 55-ə çatıb
Digər ölkələr
14 Avqust , 2015 14:51
​Çində kimyəvi müəssisələrdə yoxlama aparılacaq

Bakı. 14 avqust. REPORT.AZ/ Çin hakimiyyəti ölkədə kimyəvi maddələr və partlayıcılar istehsal edən bütün şirkətlərdə yoxlama aparacaq.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda Çin hökuməti məlumat yayıb.

Bu qərar Tyantszin şəhərindəki anbarda baş vermiş iki güclü partlayışdan sonra qəbul edilib.

Qeyd edək ki, avqustun 13-də baş verən həmin hadisənin qurbanlarının sayı 55-ə çatıb. Bundan başqa partlayış nəticəsində 5 min təzə "Volkswagen", "BMW", "Toyotа" və "Mazda" markalı avtomobil yanıb.

Son xəbərlər

Orphus sistemi