Yuxarı

Çində itkin düşmüş 9 mədənçinin meyiti tapılıb

Çində itkin düşmüş 9 mədənçinin meyiti tapılıb

Bakı. 8 avqust. REPORT.AZ/ Çinin Quyçjou əyalətində yerləşən kömür mədənlərindən birində qaz tullantıları ilə bağlı baş verən hadisədən sonra itkin düşmüş 9 işçinin meyiti tapılıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Sinxua" məlumat yayıb.

Bundan əvvəl partlayış nəticəsind 4 nəfərin öldüyü bildirilirdi. İndi ölənlərin sayı 13 nəfərə çatmış olub. İtkin düşmüş şəxslərin axtarışlarına təqribən 50 saat sərf olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi