Bakı. 14 İyun. REPORT.AZ/ Çin hökuməti "Şərq ulduzu" kruiz gəmisinin çayda batması nəticəsində ölənlərin sayının 442 nəfərə çatdığını bildirib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, xilasedicilər əvvəllər itkin düşmüş hesab edilən sərnişinin cəsədini aşkar ediblər.
Yerli gəmiqayırma idarəsinin nümayəndəsi bildirib ki, ölənlər barədə yekun məlumat bir sıra yoxlama və dəqiqləşdirmələrin aparılmasından sonra əldə olunub.
Onun sözlərinə görə, Çin hakimiyyəti axtarış-xilasetmə işlərini yekunlaşdırıb, lakin Yantsızı çayında baş vermiş insidentin araşdırması davam edir.
Son məlumatlara görə, batmış gəminin göyərtəsində 405 sərnişin, 46 heyət üzvü və 5 səyahət agentliyinin nümayəndəsi də daxil olmaqla 456 nəfər olub.