Çində elektrik stansiyası qurğularının uçması nəticəsində 40 nəfər ölüb

Çində elektrik stansiyası qurğularının uçması nəticəsində 40 nəfər ölüb Dağıntılar altında qalanlar var
Digər ölkələr
24 Noyabr , 2016 08:20
Çində elektrik stansiyası qurğularının uçması nəticəsində 40 nəfər ölüb

Bakı. 24 noyabr. REPORT.AZ/ Çinin Szyansi əyalətinin Fençen şəhərində yerləşən elektrik stansiyasında tikilməkdə olan soyuducu qüllə qurğularının uçması nəticəsində 40 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı "Sinxua" məlumat yayıb.

Məlumata görə, dağıntılar altında insanlar qalıb, onların dəqiq sayı məlum deyil. Hadisə yerində xilasetmə işləri aparılır.

Son xəbərlər

Orphus sistemi