Yuxarı

Daşqınlar Çinə 7,7 milyard dollar ziyan vurub

Çində daşqınların vurduğu ziyan 7,7 milyard dollara bərabərdir

Yayın əvvəlindən etibarən leysan yağışların yaratdığı daşqınlar Çinə, təxminən, 53,4 milyard yuan (7,7 milyard ABŞ dolları) məbləğində ziyan vurub.

"Report" "Sinhua" agentliyinə istinadən xəbər verir ki, bu məlumat Çinin Fövqəladə Hallar Nazirliyi tərəfindən verilib.

Yağışlı mövsümün başlanğıcından etibarən fövqəladə xidmətlər tərəfindən, təqribən, 1,3 milyon nəfər təxliyyə edilib, 580 mindən çox insanın isə təcili yardıma ehtiyacı var. Daşqınlar ölkədə bu və ya digər dərəcədə 19,91 milyona yaxın insana təsir edib. Təbii fəlakət nəticəsində 34 min yaşayış binası dağılıb, 1,76 milyon hektardan çox sahədə əkinçilik məhsullarına ziyan dəyib.

Daşqınlardan ən çox Çinin mərkəzi, şərq, cənub və cənub-qərb hissəsindəki regionlar əziyyət çəkir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi