Yuxarı

Çində dağ süxurlarının uçqunu nəticəsində 1 nəfər həlak olub, 37 nəfər itkin düşüb

Çində dağ süxurlarının uçqunu nəticəsində 1 nəfər həlak olub, 37 nəfər itkin düşüb
Uçqun nəticəsində 34 ev dağılıb, 81 nəfər fəlakət zonasında qalıb

Bakı. 28 avqust. REPORT.AZ/ Çinin cənub-qərbindəki Quyçjou əyalətində dağ süxurlarının uçqunu nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb, 37 nəfər itkin düşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə əyalətin Bitsze dairəsinin Nayun mahalında meydana gəlib.

Uçqun nəticəsində 34 ev dağılıb, 81 nəfər fəlakət zonasında qalıb.

Regiona dəyən birbaşa iqtisadi zərər 5,1 milyon yuan (təqribən 765 min ABŞ dolları) məbləğində qiymətləndirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi