Çində yaşayış binalarının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb - VİDEO

Çində yaşayış binalarının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb - VİDEO Çinin şimalındakı Şansi əyalətinin Linfen şəhərində baş vermiş sürüşmə zamanı bir neçə yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Digər ölkələr
19 Mart , 2019 08:34
Çində yaşayış binalarının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb - VİDEO

Çinin şimalındakı Şansi əyalətinin Linfen şəhərində baş vermiş sürüşmə zamanı bir neçə yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilir ki, hazırda 5 nəfər itkin düşmüş hesab edilir.

Çin mətbuatının məlumatına görə, sürüşmə zonasına düşmüş 79 nəfərdən 46-ı təhlükəli zonadan özləri çıxa bilib.

Televiziya bildirib ki, şəhərdə sürüşmə nəticəsində iki yaşayış binası, bir həyət evi ictimai hamam uçub. İtkin düşənlərin axtarışları davam edir.

Qeyd edək ki,  Şansi əyalətinin Linfen şəhərində bir neçə yaşayış binası martın 16-da uçub.

Son xəbərlər

Orphus sistemi