Çində baş vermiş zəncirvari yol qəzasında 5 nəfər ölüb, 25 nəfər yaralanıb

Çində baş vermiş zəncirvari yol qəzasında 5 nəfər ölüb, 25 nəfər yaralanıb Hadisə ilə bağlı araşdırma aparılır
Digər ölkələr
27 Dekabr , 2016 05:51
Çində baş vermiş zəncirvari yol qəzasında 5 nəfər ölüb, 25 nəfər yaralanıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Çinin Şandun əyalətində eyni vaxtda baş vermiş 13 yol qəzasında 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə bazar ertəsi, gecə saatlarında Pekin-Şanxay yolunda pis hava şəraitində qeydə alınıb. Həmin vaxt sulu qarın yağdığı bildirilir.

Qəza zamanı 4 nəfər hadisənin baş verdiyi ərazidə ölüb, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib. Xəsarət alanlara tibbi yardım göstərilib, onların səhhəti sabitdir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi