​Çində baş verən zəlzələdə xəsarət alanların sayı 50-yə çatıb

​Çində baş verən zəlzələdə xəsarət alanların sayı 50-yə çatıb Təbii fəlakət nəticəsində 15 mindən artıq ev dağılıb
Digər ölkələr
3 Mart , 2015 14:38
​Çində baş verən zəlzələdə xəsarət alanların sayı 50-yə çatıb

Bakı. 3 mart. REPORT.AZ/ Çinin cənub-qərbində, Yunnan əyalətində baş verən 5,5 ballıq zəlzələ nəticəsində xəsarət alanların sayı 50-yə çatıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda ölkənin rəsmi qurumları məlumat yayıb.

Xəsarət alanlardan 8-nin vəziyyəti ağırdır.

Təbii fəlakət nəticəsində 15 mindən artıq ev dağılıb.

Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 650,4 min dollar ayrılıb.

Xatırladaq ki, 2014-cü ildə bu əyalətdə baş vermiş zəlzələ nəticəsində 600-dən çox insan ölmüşdü.

Son xəbərlər

Orphus sistemi