Çində baş verən zəlzələ zamanı 16 nəfər xəsarət alıb, yüzlərlə sakin təxliyyə edilib

Çində baş verən zəlzələ zamanı 16 nəfər xəsarət alıb, yüzlərlə sakin təxliyyə edilib Bakı. 17 dekabr. REPORT.AZ/ Çinin cənub-qərbindəki Sıçuan vilayətində baş verən zəlzələ zamanı azı 16 nəfər xəsarət alıb, daha 378 nəfər təxliyyə edilib.
Digər ölkələr
17 Dekabr , 2018 00:31
Çində baş verən zəlzələ zamanı 16 nəfər xəsarət alıb, yüzlərlə sakin təxliyyə edilib

Bakı. 17 dekabr. REPORT.AZ/ Çinin cənub-qərbindəki Sıçuan vilayətində baş verən zəlzələ zamanı azı 16 nəfər xəsarət alıb, daha 378 nəfər təxliyyə edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Vilayətin inzibati rəhbərliyinə istinadən verilən xəbərdə bildirilir ki, Çinin hakimiyyət orqanları ərazidə fövqəladə vəziyyət elan edib. Zəlzələnin ziyan vurduğu bölgəyə qəza-xilasetmə xidmətinin əməkdaşları göndərilib. Çin Xalq Respublikasının Fövqəladə Hallar üzrə Nazirliyinin məlumatına görə, regionda 300-dən çox xilasedici var.

Sıçuanda silsilə yeraltı təkanlar ötən gün yerli vaxtla saat 12:46-da, İbin şəhərindən 70 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib. Təbii hadisə zamanı regionda bəzi evlər dağılıb. 

Bir neçə ay əvvəl Çinin cənub-qərbində yerləşən Yunnan əyalətinin Motszyan qəzasında baş vermiş 5,9 maqnituda gücündə zəlzələ nəticəsində azı 26 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi