​Çində avtobus çaya düşüb, 20-dən artıq ölən var

​Çində avtobus çaya düşüb, 20-dən artıq ölən var Sağ qalan sərnişinlər xəstəxanaya yerləşdirilib
Digər ölkələr
5 Aprel , 2015 09:28
​Çində avtobus çaya düşüb, 20-dən artıq ölən var

Bakı. 5 aprel. REPORT.AZ/ Ötən gün axşam saatlarında Çinin cənub-qərbində yerləşən Quyçjou əyalətinin Bitsze dairəsində sərnişin avtobusu uçurumdan yuvarlanaraq çaya düşüb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 20-dən artıq insan həyatını itirib.

Hadisə nəticəsində sağ qalan bir neçə sərnişin xəstəxanaya yerləşdirilib.

Avtoqəza faktı ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi