Bakı. 24 fevral. REPORT.AZ/ Çində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Bildirilir ki, hadisə ölkənin şimalında qeydə alınıb. Kömürçıxarma şirkətinə məxsus yük avtomobilinin qəzaya uğraması nəticəsində 15 nəfər hadisə yerindəcə ölüb. Yaralılardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daha 4 yaralı isə xəstəxanada vəfat edib. Qəza zamanı həmçinin azı 30 nəfər xəsarət alıb.
Yaralılara tibbi yardım göstərilib.