Yuxarı

Çində 77 min insan daşqınlara görə təxliyə edilib

​Çində 77 min insan daşqınlara görə təxliyə edilib

Çinin hakimiyyət orqanları regionda leysan yağışların səbəb olduğu daşqınlara görə 77 mindən çox insanı təxliyə edib.

“Report”un məlumatına görə, bu barədə "Jenmin jibao" nəşri bildirib.

Qeyd edilir ki, aramsız yağışlar Çinin mərkəzi, cənub və şərq hissələrinə yağıb. Bu səbəbdən çaylarda və göllərdə suyun səviyyəsi əhəmiyyətli dərəcədə artıb.

Təbii hadisədən sonra Çjeçszyan və Çzyansi vilayətlərində, Xunan mərkəzi regionunda, cənub-qərbdəki Sıçuan, cənubdaki Quyçjou, həmçinin Quansi-Çjuanda 1,6 milyon insan yüksək təhlükə zonasında qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi