​Çində 30 nəfərdən çox insan torpaq uçqununun altında qalıb

​Çində 30 nəfərdən çox insan torpaq uçqununun altında qalıb Hadisənin yerində xilasedicilər və polis cəlb edilib
Digər ölkələr
8 May , 2016 05:22
​Çində 30 nəfərdən çox insan torpaq uçqununun altında qalıb

Bakı. 8 may. REPORT.AZ/ Çinin şərqindəki Fuçzyan əyalətində inşaat meydançalarından birində baş vermiş sürüşmə nəticəsində təxminən 30 nəfər uçqunların altında qalıb. "Report"un məlumatına görə, bu haqda Çinin mərkəzi televiziyası - CCTV xəbər yayıb.

Hadisə Sanmin şəhər dairəsinin Taynin rayonunda, yerli vaxtla təxminən səhər saat 5-də baş verib. Uçqunun işçilərin qaldığı yataqxananı dağıtdığı bildirilir.

Hadisənin yerində xilasedicilər və polis əməkdaşları cəlb edilib. Xilasedicilərin sözlərinə görə, sürüşməyə regionda güclü yağışların yağması səbəb olub

Son xəbərlər

Orphus sistemi