Çində 210 min məmur korrupsiyaya görə cəzalandırılıb

Çində 210 min məmur korrupsiyaya görə cəzalandırılıb Cəzalananlar arasında 38 nəfər yüksək çinli məmur da var.
Digər ölkələr
20 İyul , 2017 07:16
Çində 210 min məmur korrupsiyaya görə cəzalandırılıb

Çin hökuməti 2017-ci ilin ilk altı ayı ərzində hüquqa zidd əməllərinə görə 210 min məmuru cəzalandırıb. "Report"un məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Kommunist Partiyasının bəyanatında deyilir.

"İlin ilk yarısında anti-korrupsiya instansiyalarına 1.31 milyondan çox ərizə daxil olub. Hüquqpozmalar ilə bağlı 260 min cinayət işi açılıb", - bəyanatda qeyd olunub.

Cəzalananlar arasında 38 nəfər yüksək çinli məmur da var. 

Son xəbərlər

Orphus sistemi