Çində 2020-ci ilədək 74 hava limanı inşa olunacaq

Çində 2020-ci ilədək 74 hava limanı inşa olunacaq Ölkədəki aeroportların sayı təqribən 260-a çatdırılacaq
Digər ölkələr
19 Fevral , 2017 09:58
Çində 2020-ci ilədək 74 hava limanı inşa olunacaq

Bakı. 19 fevral. REPORT.AZ/ Çində 2020-ci ilədək 74 yeni mülki hava limanının inşası planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Çinin Mülki Aviasiya İdarəsinin hesabatına istinadən "Jenmini jibao" məlumat yayıb.

Hesabatda qeyd olunur ki, hökumət 30 aeroportun tikintisini başa çatdırmağı və daha 44-nün inşasını planlaşdırır. Beləliklə, 2020-ci ilədək mülki hava limanlarının sayı təqribən 260-a, ümumi təyinatlı aeroportların sayı isə 500-ə çatacaq.

Həmçinin hava nəqliyyatında sərnişindaşımanın 28 faiz artırılaraq 720 milyon nəfərə çatdırılacağı gözlənilir. Yük daşımalarının həcmi, proqnozlara görə, 8,5 mln. ton olacaq.

Son xəbərlər

Orphus sistemi