Çində 100 yaşlı kişi koronavirusdan sağaldı

Çində 100 yaşlı kişi koronavirusdan sağaldı Çinin Hubey əyalətinin Uhan şəhərində COVID-19-a yoluxmuş 100 yaşlı kişi xəstəlikdən sağalıb.
Digər ölkələr
9 Mart , 2020 01:15
Çində 100 yaşlı kişi koronavirusdan sağaldı

Çinin Hubey əyalətinin Uhan şəhərində COVID-19-a yoluxmuş 100 yaşlı kişi xəstəlikdən sağalıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Uzunömürlü kişinin Çinin ən yaşlı koronavirus xəstəsi olduğu bildirilir. Qeyd olunub ki, kişi ötən ay, fevralın 24-də xəstəxanaya çatdırılıb.

Vəziyyəti ağır olsa da, virus əleyhinə müalicə üsullarından sonra sağalıb.

Müalicə zamanı yalnız standart antiviral terapiya deyil, həm də ənənəvi Çin dərmanı və plazmanın köçürülməsi metodikasından istifadə edilib. 

Son xəbərlər

Orphus sistemi